RU

Xamenei xəyanət nəticəsində öldürüldü? - İsmayıl Qaani diqqət mərkəzində

İranın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani son hadisələrin fonunda diqqətləri üzərinə çəkib.

Missiya.Az xəbər verir ki, bu barədə "Haber Global" məqalə dərc edib.

Bildirilib ki, İranın Ali rəhbəri Seyid Əli Xameneinin ölümü ilə nəticələnən hücumdan bir neçə dəqiqə əvvəl binanı tərk edən İsmayıl Qaaninin, daha əvvəllər də "möcüzəvi" qaçışlarının olması ona qarşı casusluq şübhələrini ortaya çıxarıb.

Qeyd olunub ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin İran daxilindəki yerli agent şəbəkəsindən əldə edilən məlumatlar hücum üçün həlledici rol oynayıb.

Məlumata görə, əvvəlcə gecə saatlarına planlaşdırılan əməliyyat alınan kəşfiyyat məlumatı əsasında səhər saatlarında təcili həyata keçirilib. Hədəfin koordinatlarını dəqiq müəyyən etmək üçün peyk izləmə, siqnal kəşfiyyatı və yerdəki insan mənbələrindən alınan informasiyalardan eyni vaxtda istifadə edilib. ABŞ rəsmiləri də əməliyyatın başlaması qərarının İran daxilindəki yüksək etibarlı mənbələrdən alınan məlumatlar əsasında yekunlaşdığını vurğulayıb.

Xatırladaq ki, İsmayıl Qaani daha əvvəl Suriyada İnqilab Keşikçiləri Korpusunun komandirlərinin öldürüldüyü binanı və "Hizbullah" lideri Həsən Nəsrullaha sui-qəsddən əvvəl hədəf alınan yeri də son anda tərk edib. Bundan başqa Qüds qüvvələrinin komandiri ötən yaydakı 12 günlük müharibə zamanı da iclasdan hamıdan tez çıxıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
62
missiya.az

1Источники