RU

Bakıda yeni tikiləcək 9 stansiya

Yazını böyüt
Yazını kiçilt

Bakıda yeni tikiləcək metro stansiyalarının yerləri müəyyən edilib.

Hafta.az xəbər verir ki, bunu açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib

O bildirib ki, artıq həmin stansiyaların yerləşəcəyi yerlər təsdiqlənib:

"Şərti adı "B-4" olan stansiyadan sonrakı "B-5" stansiyası metronun "Nizami" stansiyasının yaxınlığında - "Nizami Mall" ticarət mərkəzinin arxasında, Mərkəzi parkın ərazisində olacaq. Ondan sonrakı, "bənövşəyi xətt"in altıncı stansiyası olan "B-6a" stansiyası Sahil bağının altında yerləşəcək. "B-6b" stansiyası isə "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş vaqon parkının yerində inşa ediləcək. "B-7" stansiyası metronun "Xətai" stansiyasına yaxın ərazidə, "B-8" isə Ağ şəhərin Babək prospektinə çıxış hissəsində olacaq".

M.Rzayev metronun "yaşıl xətti" üzrə inşa ediləcək yeni stansiyaların da yerləri barədə məlumat verib. O bildirib ki, "yaşıl xətt" üzrə inşa edilməsi nəzərdə tutulan "Y-14" stansiyası Ağ şəhər tərəfdə 8 Noyabr prospektində olacaq. "Y-15" "Neftbaza" adlandırılan ərazidə, "Y-16" stansiyası paytaxtın "Nargilə" dairəsi adlandırılan ərazidə, "Y-17" stansiyası isə "Həzi Aslanov-2" metro stansiyasıdır.

Избранный
1
16
hafta.az

10Источники