RU

Azərbaycana qarşı iddianın Konstitusiyadan çıxarılması ilə bağlı İrəvandan açıqlama

BAKI, 2 mart. TELEQRAF

Ermənistan ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiya layihəsinin mətninin mart ayı ərzində dərc olunacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“Demək olar ki, mətn hazırdır. Mətn dəyişikliklər üçün fikirlərin olacağı ehtimalı ilə dərc olunacaq. Başqa sözlə, hər təklifə açığıq”, - nazir deyib.

Srbuhi Qalyanın sözlərinə görə, preambula – birinci fəsil məsələsi hələ müzakirə olunmayıb və hazır deyil:

“İki-üçüncü fəsilləri birləşdirərək onları bir fəsilə çevirdik, bu da dövlətin vəzifəsinin vətəndaşların hüquqlarını qorumaq olduğunu göstərir. Dövlət daha böyük yükü öz üzərinə götürməyə hazırdır”.

Ədliyyə naziri əlavə edib ki, hələlik Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması ilə bağlı heç bir qərar yoxdur.

Избранный
15
teleqraf.com

1Источники