RU

Tramp İrandan sonra Kubanı özünün hədəfi kimi görür - The Atlantic

İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayan ABŞ Prezidenti Donald Tramp artıq növbəti hədəfi kimi Kubanı görür.

Herbiand.az bildirir ki, bu məlumat The Atlantic nəşri tərəfindən Ağ Ev administrasiyasındakı mənbələrə istinadən dərc edilib.

“Prezident hiss edir ki, sanki o “yüksəlişdədir, sanki bu “işləyir”, - mənbə bildirib.

Məqalədə qeyd olunub ki, hazırkı ABŞ prezidenti sələflərinin edə bilmədiklərini həyata keçirməyə cəsarət edən bir lider kimi tarixə düşməyə çalışır. Trampın yaxın ətrafı hesab edir ki, bu cür hərəkətlər onun siyasi irsini Ronald Reyqan, Cimmi Karter və Riçard Niksondan daha əhəmiyyətli edə bilər.

Bəxtiyar CƏFƏRLİ

Избранный
8
herbiand.az

1Источники