RU

Büdcə vəsaitlərinin tam səmərəli istifadə olunması diqqət mərkəzindədir İqtisadçı

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“2026-cı ilin dövlət büdcəsi tarixi rekord həddə – təxminən 41 milyard manat səviyyəsinə çatıb. İldən-ilə sosial xərclər genişlənir, infrastruktur və tikinti layihələrinə ayrılan vəsaitlər artır, dövlət tərəfindən maliyyə resurslarının planlaşdırılması daha sistemli şəkildə aparılır. Lakin büdcə vəsaitlərinin tam səmərəli istifadə olunması hələ də diqqət mərkəzindədir. Əvvəlki dövrlərin Hesablama Palatası rəy və hesabatları göstərmişdir ki, büdcə xərcləri proqnozlarla faktiki icra arasında müəyyən uyğunsuzluqlar nümayiş etdirir. Eyni zamanda Maliyyə Nazirliyinin aparmış olduğu planlı və plandan kənar yoxlamalar da bu nəticəni təsdiqləyir. Bu boşluqlar, xüsusilə dövlət satınalmalarının və layihələrin həyata keçirilməsində səmərəliliyin artırılmasını tələb edir”.

Bunu iqtisadçı ekspert Asif İbrahimov 525.az-a bildirib. O qeyd edib ki, struktur islahatların əsas məqsədi büdcə xərclərinin optimallaşdırılmasıdır. Bu istiqamətdə KPI-ların tətbiqi, xərclərin faydalılıq əmsallarının ölçülməsi və monitorinqlərin aparılması prioritet məsələlərdəndir. Belə tədbirlər, həmçinin şəffaflığın artırılmasına və maliyyə resurslarının daha məqsədyönlü istifadəsinə xidmət edir: «Əlbəttə, bu cür islahatların daha əvvəl – məsələn, 10 il öncə – həyata keçirilməsi büdcə resurslarının səmərəli istifadəsini daha erkən təmin edə bilərdi. Lakin hazırda başlanmış struktur islahatları artıq təşkilatlanma mərhələsinə qədəm qoyub və praktik tətbiqində səmərəli nəticələr verməsi gözlənilir”.

Sevinc Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
525.az

1Источники