RU

İran ssenarisi: Sırada kim var?

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ- İsrail və İran arasında hərbi əməliyyatlar davam edir. Bəzi ekspertlər hesab edirlər ki, İran ssenarisi gələcəkdə Türkiyəyə də tətbiq oluna bilər. Hətta İsrailin baş naziri B. Netanyahu dəfələrlə bildirib ki, şiə hilalından sonra növbəti hədəf sünnə hilalıdır.

Görəsən, bu ssenari reallaşaca bilərmi?

Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, bu mövzu ilə bağlı fikirlər çoxdur.

O qeyd edib ki, təkcə ekspertlər deyil, siyasi strateqlər, analitiklər və hətta Qərbdən olan siyasi elm adamları da vurğulayırlar ki, ABŞ və Qərb, xüsusilə İsrail üçün regionda güclü dövlətlərin mövcudluğunu öz planlarına uyğun hesab etmirlər.

“İkinci dünya müharibəsindən sonra formalaşmış yeni siyasi arxitekturanı nəzərə alsaq, Türkiyə iqtisadi və hərbi baxımdan son illər ərzində inkişaf etmiş dövlətlərdən biridir. Hərbi sənayesinin inkişafı Türkiyənin ordusunun və silah arsenallarının güclənməsinə, ümumilikdə dövlətin möhkəmlənməsinə səbəb olub.

Buna baxmayaraq, Türkiyə hələ də Avropa İttifaqına qəbul edilməyib, baxmayaraq ki, NATO üzvüdür və bir çox NATO dövlətlərindən daha çox töhfə verir. Bu isə göstərir ki, Qərbin gələcək planlarında Türkiyə nəzərdə tutulmayıb.

İsrail məsələsinə gəldikdə isə, Böyük İsrail xəritəsinə uyğun olaraq nəzərdə tutulan ərazilərin bir hissəsi Türkiyə ərazisinə düşür. Bu siyasət İsrailin baş naziri Netanyahu tərəfindən dəfələrlə açıq şəkildə bəyan olunub. Qərbdəki siyasətçilər isə Yaxın Şərqdə və ümumiyyətlə bölgədə dövlətlərin parçalanması və kiçik dövlətlərə bölünməsi siyasətini dəstəkləyirlər.

Bu siyahıya Səudiyyə Ərəbistanını da daxil etmək olar. Hərbi gücü Türkiyə və İran qədər olmasa da, Səudiyyə böyük dövlətdir və prosesin bir hissəsi ola bilər. Lakin hansı mərhələdə və necə iştirak edəcəyi gələcəkdə aydın olacaq.

Türkiyə ətrafına baxsaq, vəziyyət kifayət qədər mürəkkəbdir. Şimalda Qara dənizdə Rusiya-Ukrayna müharibəsi, Rusiya ilə Gürcüstan arasında gərginlik; Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasındakı sərhəd məsələləri; İran, İraq və Suriyadakı vəziyyətlər Türkiyənin təhlükəsizlik çərçivəsini çətinləşdirir.

Bütün bu məqamlar Türkiyə üçün “alov çəmbəri” yaradır və bu alovların Türkiyəyə yönəlməsi ehtimalı realdır. Türkiyə bu səbəbdən İran mövzusunda Qərblə tam eyni mövqeyi bölüşmür, lakin müəyyən maraqlar və müttəfiqliklər mövcuddur.

Türkiyə iqtisadiyyatını, sərhədlərini və təhlükəsizliyini qorumaq üçün ayıq-sayıq olmalıdır. Azərbaycan üçün isə Türkiyə ilə münasibətlər, hər hansı təhlükəli addımın qarşısında ciddi narahatlıq doğurur. Buna baxmayaraq, Türkiyə bütün bu amilləri nəzərə alaraq siyasət yürüdür.

Ümid edək ki, Türkiyə bu mürəkkəb proseslərdən özünü qorumağı bacaracaq“,-deyə politoloq qeyd edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
icma.az

1Источники