RU

Flik: Yamal zövq aldıqda hər şey asanlaşır

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Barselona"nın baş məşqçisi Hansi Flik gənc hücumçu Lamin Yamalın əhval-ruhiyyəsini yüksək qiymətləndirib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Flik 18 yaşlı vunnderkind haqqında belə deyib: "Bəzən deyirəm ki, qol vuranda hər şey asanlaşır. O çox gəncdir, keyfiyyətli futbolçudur. Rəqiblər ona qarşı iki-üç oyunçu ilə oynayır və onunla birə-bir mübarizə aparmaq çətindir. Amma o, oyundan zövq alanda həm onun, həm də bizim üçün mükəmməldir."Bu sözlər gənc hücumçunun komanda üçün nə qədər önəmli olduğunu bir daha göstərir. Lamin Yamal hazırda "Barselona"nın ən çox qol vuran futbolçusudur. Levandovski, Ferran Torres və Raşford kimi aparıcı oyunçularla rəqabətə baxmayaraq, liderliyi ələ keçirməsi diqqət çəkir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
169
sport24.az

1Источники