RU

Rusiyanın Çeçenistandan olan sabiq senatoru Umar Cəbrayılov Moskvada intihar edib

Sabiq rusiyalı senatorun ölümü ilə bağlı istintaq araşdırması aparılır...

Rusiyalı iş adamı və sabiq senator Umar Cəbrayılov Moskvadakı mənzilində intihar edib.

Poliqon xəbər verir ki, bu barədə RT və REN TV mənbələrə istinadən məlumat yayıb. Onun ölümü faktını RBK-ya danışan mənbə də təsdiqləyib.

RBK-nın hüquq-mühafizə orqanlarındakı mənbəsinin məlumatına görə, Cəbrayılov 1-ci Tverskaya-Yamskaya küçəsi, 2A ünvanında yerləşən “Vesper” yaşayış kompleksindəki mənzildə olub. İş adamı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerində 9 millimetrlik “Luger” markalı tapança aşkar edildiyi bildirilir.

Umar Cəbrayılov 2004–2009-cu illərdə Çeçenistanı təmsil edərək Rusiya Federasiya Şurasının üzvü olub. O, eyni zamanda Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin müavini və Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərib.

Hazırda hadisənin detalları və ölümün səbəbləri ilə bağlı araşdırma aparılır. Rəsmi qurumlar əlavə məlumatın istintaq yekunlaşdıqdan sonra açıqlanacağını bildiriblər.

Poliqon.info

Избранный
74
poliqon.info

1Источники