RU

Xameneidən sonra İran:

İranın ali siyasi sistemi bu gün tarixinin ən kritik dönəmlərindən birini yaşayır. Uzun illər ərzində ölkənin ali dini lideri olmuş Ayətullah Əli Xamenei İsrail və ABŞ-nin zərbələri nəticəsində öldürüləndən sonra onun səlahiyyətləri müvəqqəti olaraq üç nəfərlik Rəhbərlik Şurası tərəfindən icra olunacaq. Metbuat.az xəbər verir ki, “Üçlük”də yeni üzv kimi ayətullah Əlirza Ərafi də təmsil olunur. Əlirza Ərafi kimdir?Əlirza Ərafi 1959 cu ildə İranda anadan olmuş yüksək rütbəli şiə alimidir. O, həm də Konstitusiyanın Mühafizə Şurası və Ekspertlər Məclisi kimi nüfuzlu qurumların üzvüdür və İranın seminarya sisteminin rəhbəridir. Onun atası isə İran İslam inqilabının banisi Ruhullah Xomeyninin yaxın dostlarından olub. Bu, Ərafinin sistem daxilində güclü dəstəyə malik olduğunu göstərir.Əlirza Ərafi Xamenenin ən sadiq adamlarından biir sayılırdı. İranlıların təbirincə desək, Xamenenin “dizinin dibini kəsdirən” bu ayətullahın öz liderinin siyasi kursunu davam etdirəcəyi şübhə doğurmur. İsrail və ABŞ yeni lideri hədəf alacaqmı?Hazırda İsrail və ABŞ nin İranın siyasi və hərbi infrastrukturuna qarşı əməliyyatları davam edir və Xameneinin həlak olması bu toqquşmaları daha da kəskinləşdirib. Xarici qüvvələr üçün yenə də İranın siyasi liderlərini hədəf almaq “strateji məqsəd” kimi təqdim olunsa da, bu cür siyasət həm regionda gərginliyi artırır, həm də diplomatik izolyasiya riskini gücləndirir. Ərafinin növbəti hədəf olacağını iddia etmək çətindir. Analitiklər ayətullah Əlirza Ərafiyə qarşı belə bir əməliyyatın həyata keçirilməsini real saymırlar. Regionda davam edən gərginlik və İran İran hakimiyyət strukturu tək şəxsdən çox kollektiv institutlara bağlandığı üçün, Xameneinin ölümündən sonra sistem “çox mərkəzli” güc mexanizmlərinə söykənir. Rəhbərlik Şurası İranın siyasət və təhlükəsizlik planını davam etdirmək üçün formalaşdırılıb və Ərafi bu üçlükdə dini legitimliyi təmsil edir. Daxili narazılıqlar, hərbi toqquşmalar və mümkün risklər qorxu yaratsa da, bunun mütləq rejimin dağılması ilə nəticələnəcəyini demək üçün hələ çox tezdir. O da öldürüləcək?Əlirza Ərafinin gələcək taleyi İrana qarşı xarici siyasət strategiyalarının necə formalaşacağı və İranın öz daxili güc strukturlarının nə dərəcədə sarsılmaz qalacağı ilə bağlıdır. Regiondakı gərginlik davam etdiyi halda risklər yüksəkdir, lakin konkret olaraq “o da öldürüləcək” kimi proqnozları dəstəkləyəcək faktlar mövcud deyil. İran siyasi sistemi sarsılmaz deyil - lakin onun gələcəyi çoxsaylı təzyiqlərlə üz-üzədir və bu dövrün nəticəsi, ən azı yaxın gələcək üçün qeyri-müəyyən qalır.

Səbinə Hüseynzadə / Metbuat.az

Избранный
27
metbuat.az

1Источники