RU

İranın Hayfaya endirdiyi zərbələr nəticəsində ən azı 40 nəfər həlak olub



İranın İsrailin Hayfa şəhərinə endirdiyi hava zərbələri nəticəsində ən azı 40 nəfər ölüb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. Bildirilib ki, zərbələr nəticəsində həmçinin, 60 nəfər yaralanıb. Bundan əvvəl İranın dövlət televiziyası Hayfa və İsrailin şimalına yeni raket zərbəsi endirildiyini bildirmişdi.

Qeyd edək ki, fevralın 28-dən ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyat nəticəsində ali dini lider başda olmaqla bir neçə yüksək rütbəli İran rəsmisi həlak olub.

Anar
Избранный
14
newscenter.az

1Источники