RU

David Keyesdən Ayətullah Ərafinin ölümü ilə bağlı sensasion paylaşım » AzadMedia.az


İranda yeni Ali dini lider kimi təqdim olunan Ayətullah Ərafinin öldürüldüyü iddia olunur. Bu barədə məlumatı İsrailin baş nazirinin keçmiş sözçüsü David Keyes sosial şəbəkə platforması “X”də paylaşıb.
Keyes yazıb ki, Ayətullah Ərafi Ali Rəhbər vəzifəsinə başladıqdan cəmi 8 saat sonra dron hücumu nəticəsində həyatını itirib. O, paylaşımında hadisəyə istehzalı şəkildə yanaşaraq bildirib:
“Ali Rəhbər vəzifəsinə başladıqdan cəmi 8 saat sonra dron hücumu nəticəsində öldürülən Ayətullah Ərafi, ‘Guinness Rekordlar Kitabı’nın ‘Ən qısa müddətli hakimiyyət’ mükafatını qazandı. Təbriklər! (‘Mazal tov!’ ivrit mənşəli ifadədir)”
Paylaşımda adı çəkilən Guinness World Records (“Guinness Rekordlar Kitabı”) dünyada müxtəlif rekordların qeydə alındığı beynəlxalq nəşrdir. Lakin qeyd olunan “ən qısa müddətli hakimiyyət” adlı hər hansı rəsmi kateqoriyanın mövcud olub-olmaması barədə məlumat verilməyib.
Hazırda İran tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama yayılmayıb və məlumatın müstəqil mənbələr tərəfindən təsdiqi yoxdur. Hadisənin detalları və iddiaların doğruluğu ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.
Избранный
38
32
azadmedia.az

10Источники