RU

Umar Cəbrayılov intihar etdi – Tanınmış biznesmenin sirli ölümü

Moskvada tanınmış çeçen iş adamı Umar Cəbrayılov intihar edib

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Tanınmış çeçen iş adamı və keçmiş senator Umar Cəbrayılov Moskvada otellərin birində intihar edib. Məlumata görə, Kseniya Sobçakın keçmiş sevgilisinin meyiti qaldığı otel nömrəsində aşkar olunub. Onun cəsədinin yanında odlu silah (tapança) tapılıb.

Umar Cəbrayılov uzun illər Rusiyanın siyasi və biznes elitasında təmsil olunmuş, qalmaqallı çıxışları və hərəkətləri ilə tanınan simalardan biri idi. Hadisənin dəqiq səbəbləri hələlik rəsmən açıqlanmasa da, ilkin versiya kimi intihar faktı araşdırılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat başladılıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
63
interpress.az

1Источники