Futbol üzrə Niderland çempionatında 25-ci turun matçları keçirilib.
Apasport.az xəbər verir ki, millimizin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" doğma meydanda "Qroningen"i qəbul edib.
Matç "Volendam"ın 3:2 hesablı qələbəsilə başa çatıb.
Azərbaycan millisinin yarımmüdafiəçisi 79 dəqiqə meydanda qalıb.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Volendam" turnir cədvəlində 14-cü pilləyə yüksəlib.
Qeyd edək ki, Ozan Can Kökçü "Beşiktaş"ın və Türkiyə millisinin futbolçusu Orkun Kökçünün qardaşıdır.
Gürcü futbolçu La Liqada ən yaxşısı seçilib
Günün oyunları bu kanallarda - TV AFİŞA
Hansı oyun, hansı kanalda? - TV AFİŞA
“Aston Villa”nın futbolçusu Premyer Liqada klubunu dəyişəcək
“Tottenhem”in futbolçusu Almaniya yolunda