RU

Türkiyə İranla bağlı qərar verdi! Sərhədlər qarşılıqlı olaraq bağlandı

Yaxın Şərqdə gərginliyin artması və İranda baş verən müharibədən sonra Türkiyənin ticarət naziri Ömer Bolat diqqət mərkəzində olan Türkiyə–İran sərhədi ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, nazir bildirib ki, Türkiyə–İran sərhədində yerləşən Ağrı–Gürbulak, Van–Kapıköy və Hakkari–Esendere sərhəd-keçid məntəqələrində fövqəladə vəziyyət yoxdur. Ticarət məqsədli yük daşımaları nəzarət altında davam edir. Gündəlik sərnişin keçidləri isə qarşılıqlı şəkildə dayandırılıb.

Bolat sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib:

“Bölgəmizdə baş verən son hadisələr və onların qlobal təsirləri nəzərə alınaraq, Türkiyənin İranla sərhəd-keçid məntəqələrindəki mövcud vəziyyət hərtərəfli qiymətləndirilir. Proseslər gömrük orqanlarımız tərəfindən anbaan izlənilir.”

Aytən Yaşar/ Turkustan.az

Избранный
34
3
turkustan.az

9Источники