RU

OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı

“OBA” marketlər şəbəkəsi Ramazan və Novruz bayramı münasibətilə müştəriləri üçün “Qonşuda 2 qat bayram” adlı yeni lotereya kampaniyasına start verib.

Publika.az xəbər verir ki, 1–31 mart tarixlərini əhatə edən kampaniya çərçivəsində OBA-dan alış-veriş edən müştərilər həm bayram sevincini yaşayacaq, həm də dəyərli hədiyyələr qazanmaq şansı əldə edəcəklər.

Kampaniya müddətində OBA marketlərdən alış-veriş edən müştərilər Siyəzən dadlı toyuq və Aləmşah düyü məhsullarının hər hansı birini aldığı zaman 1 iştirak şansı qazanır. Lotereyada iştirak etmək üçün müştərilər sadəcə alış-veriş zamanı OBA Plus mobil tətbiqinin barkodunu kassada oxutmalıdırlar. Bu halda iştirak hüququ avtomatik olaraq sistemə əlavə olunur.

“Qonşuda 2 qat bayram” lotereyası çərçivəsində iştirakçılar üçün bir-birindən dəyərli hədiyyələr təqdim olunur. Uduşlar sırasında iPhone 17 Pro mobil telefonları, paltaryuyan maşınlar və alış-veriş kartları yer alır. Kampaniyanın final tirajında isə iştirakçılardan biri möhtəşəm əsas mükafat – Changan UNI-Z avtomobilinin sahibi olacaq.

Lotereya iki tiraj mərhələsi üzrə keçiriləcək və qaliblər rəsmi qaydalara uyğun olaraq müəyyən ediləcəklər.

Избранный
18
10
publika.az

10Источники