RU

İnfantinodan yeni təklif: Bu hərəkəti edən futbolçular cəzalandırılsın

FİFA prezidenti Canni İnfantino futbolda irqçiliklə mübarizə tədbirlərinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

Publika.az xəbər verir ki, funksioner, əgər futbolçu ağzını əli ilə örtərək irqçi məzmunlu ifadə işlədirsə, bu halda onun dərhal meydandan qovulmalı olduğunu söyləyib:

"Əgər oyunçu əlini ağzına tutaraq nəsə deyirsə və bu irqçi məzmun daşıyırsa, o, açıq-aşkar meydandan uzaqlaşdırılmalıdır. Deməli, o, deyilməməli olan bir söz deyib, əks halda ağzını örtməyə ehtiyac qalmazdı.

Elə hallar olub ki, biz bunu əvvəlcədən nəzərdə tutmamışıq. Əlbəttə, Vinisius Junior ilə Canluka Prestianninin intizam işi zamanı vəziyyət təhlil edilməli və sübutlar təqdim olunmalıdır. Amma gələcəkdə biz bununla kifayətlənə bilmərik.

Bəlkə də biz yalnız cəza haqqında deyil, həm də mədəniyyətimizi dəyişmək barədə düşünməliyik. Qaydanı pozan futbolçuya üzr istəmək imkanı verilməlidir. Qəzəb anında insan istəmədiyi hərəkəti edə bilər, sonra üzr istəyə bilər. Bu halda cəza fərqli ola bilər, biz irəliyə doğru addım atmalı və bu istiqamətdə düşünməliyik.

Избранный
7
publika.az

1Источники