RU

AÇ 2029: Azərbaycan millisi qrup lideri ilə üz üzə

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün AÇ-2029-un seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda Şimali Makedoniya yığmasını qonaq edəcək.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi buna qədər Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub, İrlandiyanı (76:75) isə məğlub edib.

Qrupa makedoniyalılar 6 xalla başçılıq edirlər. Lüksemburq 5 xalla ikinci, Azərbaycan millisi 4 xalla üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə qərarlaşıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
1
fanat.az

2Источники