RU

Bu kartofları yeməyin Xəstəxanalıq olarsınız

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yaz aylarına yaxın bir çox evdə saxlanılan kartoflarda cücərmə və qabığın yaşıllaşması müşahidə olunur. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, belə kartofu sadəcə təmizləyib istifadə etmək sağlamlıq üçün təhlükəli ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki. qida təhlükəsizliyi üzrə ekspertlərin sözlərinə görə, kartofun xarab olması üçün mütləq çürüməsi vacib deyil. Əsas təhlükə tərkibindəki qlikoalkaloidlər, solanin və çakonin maddələridir. Bu təbii toksinlər bitkini zərərvericilərdən qorumaq üçün yaranır.

Sağlam və təzə kartofda bu maddələrin miqdarı çox az olur və insan üçün təhlükə yaratmır. Lakin işıq, istilik, zədələnmə və ya uzun müddət saxlanma nəticəsində toksinlərin səviyyəsi arta bilər. Xüsusilə cücərtilərdə, “göz” hissələrində və yaşıl ləkələrdə onların miqdarı daha yüksək olur.

Mütəxəssislər bildirirlər ki, qaynatma, qızartma və ya sobada bişirmə kimi adi istilik emalı üsulları bu zəhərli birləşmələri məhv etmir. Solanin yüksək temperaturda da qalır və orqanizmə daxil ola bilər.

Toksikoloji mərkəzlərdə solanin zəhərlənməsi halları vaxtaşırı qeydə alınır. Belə hallarda insanlarda güclü qarın ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma və ishal müşahidə oluna bilər.

Ekspertlər bildirirlər ki,  kartof yumşalıb və büzüşübsə, yalnız qabığında deyil, qabıqaltı hissədə də intensiv yaşıl rəng varsa, cücərtilər 2,5 santimetrdən artıqdırsa, qətiyyən ondan istifadə olunmamalıdır:

Əgər yaşıllaşma minimaldırsa və kartof hələ də bərkdirsə, qalın qatla soymaq müəyyən hallarda riski azalda bilər. Lakin kartof aktiv şəkildə cücərməyə başlayıbsa, onun kimyəvi tərkibi artıq dəyişmiş sayılır və istifadə məsləhət görülmür.

Mütəxəssislər həmçinin vurğulayırlar ki, kartofu soyuducuda saxlamaq düzgün deyil. Aşağı temperatur nişastanın şəkərə çevrilməsinə səbəb olur, nəticədə bişirmə zamanı kartof qaralır. Bundan əlavə, sonradan isti mühitə çıxarıldıqda daha sürətlə cücərməyə başlayır.

Kartofun saxlanması üçün ideal şərait qaranlıq, yaxşı havalandırılan və 7–10°C temperatur olan məkandır. Plastik torbalar əvəzinə tor şəbəkələr və ya kağız kisələrdən istifadə etmək tövsiyə olunur.

Həkimlər bildirirlər ki, yumşalmış, güclü yaşıl rəng almış və ya çox cücərmiş kartofu ev üsulları ilə təhlükəsiz hala gətirmək mümkün deyil. Belə kartofu istifadə etməyin yeganə məqsədəuyğun yolu onu yazda əkərək yeni məhsul əldə etməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
48
2
lent.az

3Источники