RU

Hörmüz boğazı təzyiq düyməsi nə çevrilir: İran parçalanarsa nə baş verəcək?

ain.az, Baku.ws saytına istinadən bildirir.

İranın hazırkı böhranı fonunda ölkənin parçalanma riski ən ağır ssenarilərdən biri kimi qiymətləndirilir. Lakin bu müzakirələrin mərkəzində dayanan əsas məqam qlobal enerji sistemini tənzimləyən strateji nöqtə - Hörmüz boğazıdır.

Politoloq Əlimusa İbrahimov məsələ ilə bağlı Baku TV-yə xüsusi şərh verib.

Dünyada istehlak olunan neftin təxminən beşdə biri - gündəlik 20 milyon bareldən çox həcm məhz Hörmüz boğazından keçir. Böyük neft ixracatçıları ilə yanaşı, Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) axını da tamamilə bu marşrutdan asılıdır. Eskalasiya fonunda artıq bir çox iri enerji şirkətləri, trederlər və tanker operatorları boğazdan yükləmələri dayandırıb, bəzi dövlətlər isə gəmilərə risk zonalarından uzaq durmağı tövsiyə edib.

İran ötən gün Hörmüz boğazındakı gəmilərə rəsmi xəbərdarlıq edərək, keçidə icazə verilməyəcəyini bildirib. Artıq Oman sahillərində neft tankerinin vurulması böhranın enerji bazarına birbaşa təsir etməyə başladığını göstərir. İranın daxilində mərkəzi nəzarət zəifləyərsə, bu "təzyiq düyməsinin" kimin əlinə keçəcəyi dünya dövlətlərini ciddi düşündürür.

Əlimusa İbrahimovun sözlərinə görə, əgər İran müxtəlif muxtariyyətlərə bölünərsə, Hörmüzün taleyini Tehranın siyasi qərarları deyil, sahil boyu real hərbi nəzarət xəritəsi müəyyən edəcək:

- Liviya və Suriya nümunəsi: Yaxın Şərqdə rəqib qrupların neft terminallarını bağlayaraq siyasi rıçaq kimi istifadə etməsi təcrübəsi mövcuddur.

- Lokal nəzarət riskləri: Sahil xətti parçalanarsa, dəniz təhlükəsizliyi dağınıq hala gələ bilər və bu, qlobal şantaj vasitəsinə çevrilər.

- Beynəlxalq koalisiya: ABŞ və digər böyük dövlətlər boğazın bağlanmasını istəmədikləri üçün İrandakı xaosun qarşısını almağa və keçid təhlükəsizliyini təmin etməyə çalışacaqlar.

Ekspertlər Rusiyanın hələlik real addım atmadan susqunluğunu qorumasının və Çinin prosesin mərkəzində olmasının ciddi səbəblərinin olduğunu düşünürlər. Hazırda proses sadəcə İranın daxili sabitlik məsələsi deyil, beynəlxalq təhlükəsizlik probleminə çevrilib. Yaxın günlər, hətta saatlar regionun və qlobal enerji bazarının yeni konturlarını müəyyən edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
4
baku.ws

5Источники