Almaniya, Fransa və Böyük Britaniya liderləri İranın Yaxın Şərqdəki müttəfiqlərinə qarşı hücumları davam etdirəcəyi təqdirdə cavab xarakterli hərbi tədbirlərin mümkünlüyünü bəyan ediblər.
Sənəddə bildirilir ki, Berlin, Paris və London Vaşinqton və Fars körfəzi regionundakı tərəfdaşlarla mümkün addımların koordinasiyası barədə razılığa gəliblər.
“Biz regionda öz maraqlarımızı və müttəfiqlərimizin təhlükəsizliyini qorumaq üçün zəruri tədbirlər görəcəyik”, – deyə bəyanatda vurğulanır.