ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin mümkün müddəti barədə danışıb.
O, “Daily Mail” nəşrinə qısa telefon danışığı zamanı deyib: “Bu, həmişə dörd həftəlik bir proses olub. Təxmin etmişdik ki, təxminən dörd həftə çəkəcək. Nə qədər güclü olsa da, bu böyük bir ölkədir, dörd həftə çəkəcək - ya da daha az”.
Tramp həmçinin bildirib ki, İranda hərbi əməliyyatlar davam etdiyi müddətdə yaxın zamanda yenidən xalqa müraciət edə bilər.