RU

ABŞ genişmiqyaslı hücumlarda onları işə salıb Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

ABŞ İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarda strateji bombardmançıların istifadə edildiyini rəsmi şəkildə təsdiqləyib.

“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, ilk zərbələr zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-2 Spirit” bombardmançıları hədəflərə cəlb olunub.

Radara görünməz xüsusiyyəti ilə seçilən bu təyyarələr əsasən möhkəmləndirilmiş və yeraltı obyektlərə qarşı istifadə olunur.

Əməliyyatlarda bununla yanaşı müxtəlif tipli qırıcı, hücum və radioelektron mübarizə təyyarələri də iştirak edib.

Qırıcı təyyarələr arasında “F-35 Lightning II”, “F-22 Raptor”, “F/A-18 Hornet” və “F-16 Fighting Falcon” yer alıb.

Hücum təyyarəsi kimi “A-10 Thunderbolt II”, radioelektron mübarizə üçün isə “EA-18G Growler” istifadə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
qafqazinfo.az

1Источники