RU

İsrail XİN: Tehranda hakimiyyət dəyişikliyi olmadan məqsədlərə nail olmaq mümkün deyil

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatın uzunmüddətli məqsədləri ölkənin təhlükəsizliyinin təmin olunmasına yönəlib və bu hədəflərə Tehrandakı hakimiyyət dəyişmədən nail olmaq mümkün deyil".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar deyib.

"Bu müharibənin məqsədi İsrail dövlətinə qarşı ekzistensial təhdidlərin uzunmüddətli perspektivdə tam aradan qaldırılmasıdır. Lakin İranda mövcud rejim qaldıqca, bu məqsədə nail olmaq mümkün deyil", - deyə o bildirib.

Saarın sözlərinə görə, Tehran İsrailin məhv edilməsi ideyasından geri çəkilməyib və nüvə silahına sahib olmaq, uzaqmənzilli ballistik raketlərin istehsalı, eləcə də sərhədlər ətrafında silahlı qruplaşmaların dəstəklənməsi siyasətini davam etdirir.

Nazir həmçinin iddia edib ki, İran nüvə proqramı və raket istehsalı obyektlərini yeraltı infrastrukturlarda gizlətməyə çalışır. Onun sözlərinə görə, bu addımların məqsədi mümkün hava zərbələrindən yayınmaqdır.

Saar vurğulayıb ki, bütün bu amillər İsrailin hərəkətə keçməsini zəruri edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
oxu.az

1Источники