RU

BƏƏ: Hava hücumundan müdafiə qüvvələri 500-dən çox PUA və 150 raket məhv edib

BAKI, 2 mart. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi regionda gərginliyin başlanmasından bu yana İran tərəfindən buraxılan yüzlərlə pilotsuz uçuş aparatı və raketin zərərsizləşdirildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, nazirliyin açıqlamasına görə, İranın hücumları başlayandan indiyədək 541 pilotsuz uçuş aparatı aşkarlanıb. Onlardan 506-sı məhv edilib, 35-i isə dənizə düşüb.

Bununla yanaşı, 165 ballistik raket müəyyən edilib. Onların 152-si hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, 13 raket isə dənizə düşüb.

Избранный
64
teleqraf.com

1Источники