RU

Böyük Britaniya İranın hücumlarına qarşı ekspertlər göndərəcək

BAKI, 2 mart. TELEQRAF

Böyük Britaniya Fars körfəzi ölkələrinə iranlı pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi üçün britaniyalı və ukraynalı mütəxəssislər göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer "X" sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, Ukraynadan olan mütəxəssislər britaniyalı ekspertlərlə birlikdə regiondakı tərəfdaşlara İranın hücum dronlarını vurmaqda kömək edəcəklər.

Qeyd edək ki, regionda gərginlik ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda artıb və bir sıra ölkələr hava məkanını bağlayıb.

Избранный
40
teleqraf.com

1Источники