RU

“Fənərbağça” xal itirdi

Futbol üzrə Türkiyə Superliqasında XXIV tura yekun vurulub. Metbuat.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub."Samsunspor" - "Qaziantep" və "Gənclərbirliyi" - "Kayserispor" matçlarında qapılara qol vurulmayıb.Digər görüşdə isə "Fənərbağça" "Antalyaspor"un qonağı olub. Bu qarşılaşmada da qalib müəyyənləşməyib - 2:2. İlk hissədən sonra 0:2 hesabı ilə məğlub durumda olan "Fənərbağça" ikinci yarıda vurduğu qollarla məğlubiyyətdən xilas olub.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 54-ə çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. "Antalyaspor" isə 24 xalla 13-cü sırada yer alıb.

Избранный
56
2
metbuat.az

3Источники