RU

İrandakı hadisələr Pakistanda etiraz dalğasına səbəb olub: 36 ölü, 200-dən çox yaralı – VİDEO

İranda Əli Xameneinin həlak olması ilə bağlı yayılan xəbərlərdən sonra Pakistanda genişmiqyaslı etiraz aksiyaları başlayıb. Kütləvi aksiyalar qısa müddətdə şiddətli toqquşmalara çevrilib. Son məlumatlara görə, baş verən iğtişaşlar nəticəsində 36 nəfər ölüb, 201 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

NOCOMMENT.az xəbər verir ki, etirazlar ölkənin bir neçə iri şəhərini əhatə edib. Ən gərgin vəziyyət Karaçidə qeydə alınıb. Burada nümayişçilər Amerika Birləşmiş Ştatlarının konsulluğu qarşısına toplaşıblar. Sada va Sima agentliyinin məlumatına görə, aksiya zamanı ABŞ qüvvələri tərəfindən birbaşa atəş açıldığı iddia olunur və bu da çoxsaylı ölən və yaralananlara səbəb olub.

Etirazlar təhlükəsizlik qüvvələri ilə toqquşmalar, yanğınlar və yolların bağlanması ilə müşayiət olunub. Pakistan hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirib, bəzi ərazilərdə hərəkət məhdudiyyətləri tətbiq edilib və hüquq-mühafizə orqanlarının iştirakı artırılıb. Vəziyyət hələ də gərgin olaraq qalır. Rəsmilər vətəndaşları sakitliyə çağırsa da, etiraz fəallığının azalmadığı bildirilir. /KONKRET.az/

Избранный
20
2
nocomment.az

3Источники