RU

“Sabah”ın baş məşqçisi: “Qarabağ”ın təcrübəsi son 20 dəqiqədə öz sözünü dedi

Bakı, 1 mart, AZƏRTAC

Komandamız nəticəyə görə məyusdur. Bəlkə də, bu hadisə məhz indi baş verməli idi ki, qarşıdakı çətin oyunlar ərəfəsində səhvləri analiz edib nəticə çıxaraq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının XXII turunda “Qarabağ”la 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Məşqçi insidentlə bağlı qarşı tərəfdən üzr istədiklərini bildirib: “Açığı, həmin epizodu özüm görməmişdim, diqqətim oyunda idi. Birdən-birə meydanda gərginlik yarandığını gördüm. “Sabah” klubu olaraq bu cür halları heç vaxt qəbul etmirik. Belə davranışlar fair-play prinsiplərinə uyğun deyil”.

Onun sözlərinə görə, rəqibin zəngin təcrübəsi xüsusilə son 20 dəqiqədə öz sözünü deyib: “Qarabağ” bu gün bunu meydanda göstərdi”.

Mütəxəssis sonda hər iki komandanı təbrik edib və rəqibin son dəqiqələrdə hesabı bərabərləşdirdiyini vurğulayıb.

Qeyd edək ki, turnir cədvəlinə 53 xalla "Sabah" başçılıq edir. "Qarabağ" isə 46 xalla ikinci pillədə qərarlaşıb.

Избранный
13
azertag.az

1Источники