RU

İsrail ordusu İrana məxsus iki qırıcı təyyarəni məhv etdiyini açıqlayıb

İsrail ordusu İrana məxsus iki qırıcı təyyarəni məhv etdiyini açıqlayıb

İsrail ordusu ABŞ ilə birgə hücumlar təşkil etdiyi İrana məxsus iki döyüş təyyarəsini zərbə endirərək sıradan çıxardığını bəyan edib.

AFN.az xəbər verir ki, ordunun yaydığı rəsmi məlumatda hədəf alınan təyyarələrin F-5 və F-4 tipli qırıcılar olduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, İsrail ordusu İranın qərbindəki Təbriz hava limanında uçuşa hazırlaşan həmin təyyarələri vurub. Bu hücumun İran Hərbi Hava Qüvvələrinin fəaliyyətini məhdudlaşdırmaq və ölkənin hava hücumundan müdafiə sistemini zəiflətmək məqsədilə həyata keçirildiyi iddia edilib.

Məlumatda həmçinin İsrail ordusunun İrana qarşı hərbi əməliyyatlarını davam etdirəcəyi qeyd edilib. Ekspertlərin rəyinə görə, bu addım regional gərginliyi daha da artıra bilər.

Избранный
16
42
afn.az

10Источники