BAKI, 1 mart. TELEQRAF
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçularının qazandığı medalların sayı 5-ə çatıb.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, olimpiya çempionu Zelim Kotsoyev (100 kq) Rusiya təmsilçisi Adam Sanqariyevi ipponla məğlub edərək üçüncü yeri tutub.