İranın Ali Lideri Əli Xameneinin xatirəsinə Qum şəhərindəki Cəmkəran məscidi üzərində qırmızı "qisas bayrağı" qaldırılıb.
Milli.Az xəbər verir ki, həmin bayraq o cümlədən İranın 2025-ci ilin iyun ayında İsraillə 12 günlük müharibəsi zamanı və 2020-ci ildə ABŞ tərəfindən hədəfə alınan general Qasım Süleymaninin öldürülməsindən sonra Cəmkəran məscidinin üzərində qaldırılıb.
Xameneinin şərəfinə İranda qara matəm bayraqları da qaldırılıb.
Milli.Az