RU

Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq.

Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir.

Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq.

Allah rəhmət eləsin!".

Milli.Az

Избранный
4
49
milli.az

10Источники