RU

Nazir Əraqçini əmin etdi: “Azərbaycan ərazisindən İrana qarşı istifadə...”

Hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün deyil.

“Cebheinfo.az” xəbər verir ki,bu barədə bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı zamanı bildirilib.

Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.

Xəzər

“Cebheinfo.az”

Избранный
1
11
cebheinfo.az

10Источники