RU

Avrokuboka getmək istəyənlər arasında ən zəifi və imkansızı hansı komandadır?

Avrokuboklara iddiasını saxlayan komandalar içində heyəti ən zəif olan «Zirə»dir.

Bu, o qədər açıq-aydındır ki, qətiyyən mübahisələndirməyə dəyməz.

Ötən ilin yayında edilən transferlər «Zirə»ni gücləndirməyib.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan «Şamaxı»dan Mikels və Konateni sıralarına qatan komandanın biz başqa nəyindən danışa bilərik ki?

Rəşad Sadıqovun büdcəsi kiçilib. Əlində normal sayılacaq qədər pul olsaydı, o, heç bir halda «Şamaxı» bazarına üz tutmazdı.

Məcburiyyətdən etdi.

Həmin bu «Zirə» hələ də liderlər qrupundan qopmamağa çalışır

. Son turda da «Araz-Naxçıvan»ı 1:0 uddular. Oyunu izləyənlər bizimlə razılaşar yəqin:

«Zirə» üçüncü-dördüncü yeri tutarsa, məhz belə əzmkarlığı hesabına məqsədinə çata bilər. Digər bir vasitə ilə ayaqda qalmaları mümkünsüzdür.

Rəşad Sadıqovu bu dar macalda sevindirən Davit Volkovdur. Aldığı ağır zədə üzündən dörd ay yaşıl sahələrdən uzaq qalmış gürcüstanlı hücumçu dönüşü ilə «Zirə»nin ön xəttini canlandırıb.

Volkov toplu və topsuz hərəkət traektoriyası ilə ikinci zonada yer alanların fəaliyyət dairəsini genişləndirib.

Ötən aylarda qol epizodlarına girməkdə çətinliklə üzləşmiş Ayron Qomisin Mərdəkanda fərqlənməsi bu deməkdir.

ELXAN

Избранный
23
sportinfo.az

1Источники