RU

Lebron Ceymsin qızı basketbol bacarığı ilə hər kəsi təəccübləndirdi - VİDEO

“Los-Anceles Leykers”in ulduzu Lebron Ceymsin qızı Juri “Qolden Steyt Uorriors”la matçdan əvvəl maraqlı performans nümayiş etdirib.

İdman.Biz xəbər verir ki, San-Fransiskoda baş tutan qarşılaşma öncəsi Juri bir neçə dəqiq atış yerinə yetirib. O, səbətə arxasıüstə atışlar etməklə yanaşı, atası Lebron Ceymsə effektiv ötürmə də verib.

Gərgin keçən matçın ən məhsuldar oyunçusu qonaqların sloveniyalı oyunçusu Luka Donçiç olub. O, aktivinə 26 xal, altı ribaund və səkkiz məhsuldar ötürmə yazdırıb. “Leykers”in lideri Lebron Ceyms isə görüşü 22 xal, yeddi ribaund və doqquz asistlə tamamlayıb.

İdman.Biz
Избранный
23
1
idman.biz

2Источники