RU

“Paramount” “Warner Bros.”u 110 milyard dollara alır

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

“Warner Bros. Discovery” 110 milyard dollar dəyərində “Paramount Skydance” ilə birləşmə razılaşması imzalayıb.

Axşam.az xəbər verir ki, bu barədə rəsmi məlumat “Paramount”un saytında dərc olunub. Razılaşmanın qüvvəyə minməsi üçün indi Avropa Komissiyasının təsdiqi tələb olunur.

Birləşmiş şirkət hər il ən azı 30 filmin kinoteatrlarda nümayişini planlaşdırır: onlardan 15-i “Warner Bros.”, digər 15-i isə “Paramount Pictures” tərəfindən istehsal ediləcək.

Daha əvvəl “Warner Bros.” ilə müqavilə imzalayan “Netflix” ilə razılaşmanın ləğvi üçün “Paramount” 2,88 milyard dollar kompensasiya ödəyəcək.

Qeyd edək ki, bundan əvvəl “Netflix” “Warner Bros.”un satın alınmasından imtina edib. Məlumata görə, “Paramount” daha sərfəli şərtlər təklif etdikdən sonra “Netflix” təklifini artırmayıb və bildirib ki, bu halda alış “maliyyə baxımından cəlbedici olmayacaq”.

Nəticədə “Paramount” “Warner Bros. Discovery”ni tam şəkildə 110 milyard dollara satın alıb. “Netflix” isə yalnız “Warner Bros.” kinostudiyasını, “HBO Max” platformasını və “HBO” telekanalını 82,7 milyard dollara almağı planlaşdırırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
82
1
axsam.az

2Источники