RU

Azərbaycan və İran bölgədə hərbi eskalasiyanı müzakirə ediblər

Bakı. Trend:

1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xariciişlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baştutub.

XİN-dən Trend-ə bildirilib ki,telefon danışığı zamanı, İranda hərbi əməliyyarlar və bölgədə hərbieskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub.

İran İslam Respublikasının xarici işlər naziri cari vəziyyət vəatılan addımlar barədə məlumat verib.

Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildəgərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslamRespublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vəgünahsız mülki insanların həlak olması ilə bağlı başsağlığıdiləklərini çatdırıb.

Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcudvəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğunolaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümidifadə olunub.

Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisininqonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığıvurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
12
37
az.trend.az

10Источники