RU

Adı “Qara siyahı”da olan müğənnilərdən sərt ittihamlar - Buna hazırlaşırlar

Son günlər sosial şəbəkələrdə və media məkanında bəzi müğənnilərə efir qadağası tətbiq olunduğu barədə iddialar dolaşır. Siyahıda adı olan tanınmış simalar isə yayılan məlumatlara sərt reaksiya verib, bu xəbərləri əsassız və qərəzli adlandırıblar.

“Yeni Sabah” məsələyə münasibət bildirən ifaçıların fikirlərini təqdim edir.

Müğənni Afət Fərmanqızı məsələyə belə münasibət bildirib:

“Şok, şok, şok... Bir qara xəbəri diqqətinizə çatdırıram. Niyə “qara xəbər” deyirəm? Çünki yayılan həmin siyahı qeyri-rəsmi siyahıdır və deyilənə görə, yalan xəbər imiş. Adları o siyahıda qeyd olunan sənət yoldaşlarımla birlikdə düşündük ki, bu yalan xəbəri yayan səhifə adminini məhkəməyə verək. Lakin mən təklif etdim ki, bir neçə gün gözləyək, görək rəsmi xəbər və ya rəsmi siyahı yayımlanacaqmı?”

İfaçı deyib ki, əgər rəsmi siyahı yayımlanmasa, həmin şəxsi məhkəməyə şikayət edəcəyik:

“Rəsmi siyahı yayımlanarsa və burada adı çəkilən müğənnilərin adları siyahıda olmazsa, yenə də məhkəməyə müraciət edəcəyik. Əgər rəsmi siyahı yayımlansa və bəzi müğənnilərə haqsızlıq olunsa – məsələn, birinin adı qeyd edilib, digərinə qarşı ayrı-seçkilik edilibsə – bu məsələni də hüquqi müstəvidə araşdıracağıq. İzləyicilər də bilirlər ki, söhbət hansı janrın ifaçılarından gedir. Həmin janrda fəaliyyət göstərən onlarla müğənninin adı siyahıda yoxdur. Əgər onların adları rəsmi siyahıda yer almasa, o zaman televiziya kanallarına müraciət edəcəyik və müəllif hüquqları ilə bağlı müvafiq addımlar atacağıq, o cümlədən onların YouTube kanalları ilə bağlı hüquqi tədbirlər görüləcək”.

A.Fərmanqızı onu da söyləyib ki, istərdim ki, belə bir qadağa tətbiq olunsun:

“Mən artıq bir il əvvəl özüm-özümə qadağa qoymuşam. Bundan əvvəlki videomda da bu barədə məlumat vermişdim. Bu qədər. Gecəniz xeyrə qalsın, izləmədə qalın. Gözləyək və rəsmi açıqlamanı görək. Sonda bir daha deyirəm: əgər bu yayılan məlumat rəsmi təsdiqini tapmasa, doğru xəbər kimi təqdim edilməzsə, həmin səhifə admini bilməlidir ki, hamımız birləşərək onu məhkəməyə verəcəyik”.

Daha sonra Afət Fərmanqızı canlı yayımda olarkən həmkarı Ülviyyə Namazovanı da məsələ barədə xəbərdar edib. Onun yanında olan ifaçı Pünhan Piriyev ilə Afət Fərmanqızının məhkəmə fikrini dəstəkləyiblər və bildiriblər ki, onların bu yayılan söhbətlərdən heç bir xəbəri olmayıb.

Sənətçi Talıb Tale isə yayılan iddiaları araşdırdığını deyib:

“Eşitdim ki, mənə efir qadağası qoyulub. Bu barədə ətraflı məlumat verəcəm. Araşdırma aparıram. Görək nə dərəcədə doğrudur, mənbə haradır?

Qeyd edək ki, ötən gün ölkə mediasında yayılan xəbərlərdə Kəmalə Günəşli, Canana, Nüşabə Musayeva, Nəfəs, Ofelya Şabanova, Günəş, Qumral, Səbinə Selcan, Ülviyyə Namazova, Afət Fərmanqızı, Aşıq Namiq, Mehriban Qəmbərova, Şəbnəm Qəhrəmanova, Arzu Mirzəyeva, Şəlalə Səsli, Naza Veysəlova, Ziba Osmanlı, Aida Ziyadxanlı, Pünhan Piriyev, Talıb Tale, Müğənni Canan, Balaəli, Aqşin Fateh, İfrat, Dəniz Əsədova, İbrahim Borçalı, Arzu Mələk, Elxan Qaraxanoğluna ciddi musiqini təbliğ etməmələri və efir məsuliyyətinə diqqətsiz yanaşmaları səbəbindən efir qadağası qoyulduğu iddia olunur. Ancaq bu məlumatlar rəsmi qaydada öz təsdiqini tapmayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
17
3
yenisabah.az

4Источники