RU

Tezliklə İrana yeni rəhbər seçiləcək - Əli Laricani

Tezliklə İranda müvəqqəti Rəhbərlik Şurası formalaşdırılacaq və yeni Rəhbər seçiləcək.

Aznews.az "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

"Konstitusiyaya uyğun olaraq, varis seçilənə qədər ali liderin vəzifələrini icra edəcək rəhbər şura formalaşdırılıb", - Laricani bildirib.

Daha əvvəl IRNA agentliyi xəbər verib ki, İran Prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin başçısı və Konstitusiya Keşikçiləri Şurasının üzvlərindən biri ali lider Əli Xameneinin vəfatından sonra respublikaya müvəqqəti rəhbərlik edəcəklər.

Избранный
23
4
aznews.az

9Источники