RU

XİN regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı açıqlama yayıb

Bakı. Trend:

Böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşənSəfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmişrejimdə davam etdirir.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisiAyxan Hacızadənin regionda hərbi eskalasiya şəraitindəvətəndaşlarımızın vəziyyəti ilə bağlı açıqlamada bildirilib.

"Vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq, diplomatikmissiyalarımız tərəfindən müvafiq dəstək göstərilir.

İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət almışdır.Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstəkgöstərilir və onun vəziyyəti yaxşıdır.

Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, indiki məqamda, Xariciİşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq,İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçünyerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə qurusərhəddindən istifadə olunur. İndiyə qədər 30 nəfər vətəndaşımızAzərbaycan sərhəddindən keçid edib.

Ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətəalaraq, indiki məqamda vətəndaşların təxliyyəsi nəzərdətutulmur.

Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlikvəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarınıngöstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşmayerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərinigücləndirmələri xahiş olunur", - deyə açıqlamada bildirilir.

Избранный
36
46
az.trend.az

10Источники