RU

İsraildə sirenlər səsləndi: İran ballistik raketlər buraxdı

ain.az, Bizim media portalına istinadən məlumat verir.

İranın İsrail istiqamətində ballistik raketlər buraxması fonunda ölkənin cənub və mərkəzi bölgələrində sirenlər səslənməkdə davam edir. Bizim.Media xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.İsrail Müdafiə Qüvvələri (SAXAL) yaydığı bəyanatda siren səslənən ərazilərdə yaşayan mülki şəxsləri əlavə göstərişə qədər sığınacaqlarda qalmağa çağırıb. Bildirilib ki, raketlərin zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir.

 

Tibb xidmətlərinin məlumatına görə, İranın mərkəzi və cənubi İsrailə endirdiyi bir neçə ballistik raketlərdən sonra yaşayış məntəqələrinə birbaşa düşmə və ya ciddi dağıntı barədə məlumat daxil olmayıb.

“Maquen David Adom” təcili yardım xidməti isə sığınacaqlara qaçarkən yıxılaraq yüngül xəsarət alan şəxslərlə bağlı müraciətlərə reaksiya verdiyini bildirib.Bu arada SAXAL-ın Arxa Cəbhə Komandanlığı qeyd edib ki, siren səslənən ərazilərin əksəriyyətində mülki şəxslər artıq sığınacaqları tərk edə bilərlər, lakin ehtiyat məqsədilə onlara yaxın qalmalıdırlar.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
2
bizim.media

10Источники