RU

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı

BAKI, 1 mart. TELEQRAF

Azərbaycan idmançılarının martın 1-nə olan reytinq cədvəli açıqlanıb.

Teleqraf GİN-in rəsmi saytlna istinadən xəbər verir ki, siyahının ilk pilləsində 480 xalla Həsrət Cəfərov (Yunan-Roma güləşi) qərarlaşıb.

İkinci pillədə Giorgi Meşvildişvili (Sərbəst güləş) 460 xalla, üçüncü yerdə isə 430 xalla Zelim Kotsoyev (Cüdo) yer alıb.

Ülvü Qənizadə (Yunan-Roma güləşi) 400 xalla dördüncü, Elcan Hacıyev (Cüdo) isə 370 xalla beşinci pillədədir. 320 xalla altıncı pillədə isə Murad Əhmədiyev (Yunan-Roma güləşi), Zelim Tçkayev (Cüdo), Arseniy Djioyev (Sərbəst güləş), Osman Nurmaqomedov (Sərbəst güləş) və Eldəniz Əzizli (Yunan-Roma güləşi) birlikdə qərar tutublar.

Избранный
44
teleqraf.com

1Источники