İran İsrail ərazisinə yeni raket zərbələri dalğasına başlayıb.
Daha sonra məlumat İsrail Müdafiə Qüvvələri (İMQ) tərəfindən təsdiqlənib.
İMQ-nin mətbuat xidmətindən bildirilib ki, Hava Hücumundan Müdafiə qüvvələri hədəflərin zərərsizləşdirilməsi istiqamətində iş aparır. Ölkənin bir sıra rayonlarında, o cümlədən şimal və mərkəzi hissələrində hava həyəcanı elan edilib.
Bundan əvvəl İranın zərbələri nəticəsində Təl-Əvivdə bir nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı barədə məlumat verilmişdi.\"Report"