RU

Turistlər pələngləri o qədər yedirdi ki, indi arıqlasınlar deyə pəhrizə başlatdılar

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çinin Harbin şəhərindəki məşhur zooparkda qəribə mənzərə yaranıb. Bayram günlərində bura gələn minlərlə turist Amur pələnglərinə o qədər yem verib ki, heyvanlar həddindən artıq kökəlib. İndi zoopark rəhbərliyi çarəni 200-ə yaxın pələngi məcburi pəhrizə çıxarmaqda görüb.Təsəvvür edin, təkcə bir gün ərzində zooparka 10 mindən çox adam gəlib və hərəsi bir tikə atsa, heyvanların vəziyyəti bəlli olur. Park rəhbərliyi fevralın 1-dən martın sonuna qədər "növbəli aclıq" sistemi tətbiq edib. Hər gün bir qrup pələngin qəfəsi "pəhriz günü" elan olunur və həmin gün onlara yem vermək qəti qadağandır.Bildirilir ki, bu, pələnglərin sağlamlığı üçün vacibdir, yoxsa heyvanlar piylənmədən hərəkət edə bilməyəcəklər. Pələnglərin kefinin necə olmasından asılı olaraq, bu aclıq günləri dəyişdirilə bilər. Digər məqam da odur ki, bu zoopark vaxtilə pələng sidiyini dərman kimi satması ilə də məşhurlaşıb. İndi isə əsas dərdləri bayramda "formadan düşən" pələngləri arıqlatmaqdır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
demokrat.az

1Источники