RU

Ərdoğan Trampdan sonra BƏƏ və Qətər liderləri ilə körfəz ölkələrindəki vəziyyəti müzakirə edib - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Bildirilib ki, Ərdoğan həmkarları ilə regiondakı son vəziyyəti müzakirə edib. Bununla yanaşı, Türkiyə Prezidenti BƏƏ-yə hücumlara görə təəssüf etdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Daha əvvəl Ərdoğanla ABŞ-dən olan həmkarı Donald Tramp arasında telefon danışığı baş tutmuşdu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.

O, iki ölkə liderinin İran və körfəz ölkələrindəki son vəziyyəti müzakirə etdiyini bildirib.

Избранный
14
1
far.az

5Источники