RU

Tramp Xameneinin ölümünü rəsmən təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp İranın ali din lideri Əli Xameneinin ölümünü rəsmi olaraq təsdiqləyib.

"Ölkə.az" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Xamenei öldü... O, kəşfiyyat vasitələrindən və yüksək texnologiyalı izləmə sistemlərindən yayına bilmədi", - Amerika lideri qeyd edib.

Onun sözlərinə görə, Xamenei və "digər liderlər" İsrail ilə sıx əməkdaşlıq çərçivəsində keçirilən əməliyyat nəticəsində öldürülüb.

"Buna baxmayaraq, kütləvi və dəqiq bombardmanlar bütün həftə ərzində və ya məqsədimizə - bütün Yaxın Şərqdə və sözsüz ki, bütün dünyada sülhə nail olana qədər fasiləsiz davam edəcək!" - deyə Tramp bəyan edib.

Избранный
24
3
olke.az

3Источники