RU

Pakistan - Əfqanıstan toqquşmalarında 352 əfqan hərbçi həlak oldu

Bakı. Trend:

Əfqanıstanın Pakistan qüvvələri ilə toqquşmalarında həlak olanhərbi qulluqçularının sayı azı 352 nəfərə çatıb, 535-dən çox şəxsyaralanıb.

Trend xəbər verirki, bu barədə Əttaulla Tarar “X” sosial şəbəkəsində açıqlamaverib.

Onun sözlərinə görə, qonşu ölkə ərazisində 41 obyektə havazərbələri endirilib. Pakistan ordusu 130 əfqan məntəqəsini məhvedib, daha 26-sını nəzarətə götürüb. Bundan əlavə, Pakistan SilahlıQüvvələrinin “Taliban”ın 171-dən çox zirehli texnikasını vurduğubildirilir.

Bundan əvvəl toqquşmalarda 331 əfqan hərbçinin həlak olduğuaçıqlanmışdı.

Fevralın 26-da axşam saatlarında Pakistan–Əfqanıstan sərhədindədöyüşlər yenidən başlayıb. Kabul Pakistanın son hava zərbələrinəcavab olaraq hərbi əməliyyat keçirdiyini bəyan edib. Xavaca Asifisə ölkəsi ilə Əfqanıstandakı “Taliban” hökumətinin açıq silahlıqarşıdurma vəziyyətində olduğunu bildirib.

Избранный
18
az.trend.az

1Источники