RU

İran İsrail və ABŞ a cavab əməliyyatını “Doğru vəd 4” adlandırdı

Sherg.az saytına istinadən ain.az xəbər verir.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail və ABŞ-nin zərbələrinə cavab olaraq “Doğru vəd 4” əməliyyatının başladığını elan edib. Bu barədə IRNA agentliyi məlumat yayıb.

Sherg.az xəbər verir ki, IRNA-nın məlumatına görə, SEPAH-a məxsus raketlər və pilotsuz uçuş aparatları ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən donanma qərargahını hədəfə alıb. İran tərəfinin zərbələri nəticəsində Qətər və BƏƏ-də yerləşən ABŞ hərbi bazaları və kəşfiyyat mərkəzləri də vurulub.

Bu gün İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı “Nərildəyən şir” adlı əməliyyatın başladığını açıqlayıb. ABŞ tərəfi isə əməliyyatı “Epik qəzəb” adlandırır.

KİV-lərin məlumatına əsasən, İranın yeddi şəhərinə, o cümlədən paytaxt Tehran və nüvə obyektinin yerləşdiyi İsfahana hava zərbələri endirilib. Həmçinin Buşehr şəhərinə də hücum edildiyi bildirilir.

ABŞ Prezidenti Donald Tramp iranlı hərbçiləri silahı yerə qoymağa çağıraraq, bunun müqabilində onlara “toxunulmazlıq” vəd edib. Əks halda onları “qaçılmaz ölümün” gözlədiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
38
sherg.az

10Источники