RU

Xamenei və Pezeşkianın sağ olub-olmaması barədə RƏSMİ AÇIQLAMA

NBC televiziyasına müsahibə verən Araqçı, ABŞ və İsrailin ölkəsinə hücumları, həmçinin İranın İsrailə və bölgədəki ABŞ bazalarına qarşı cavab zərbələri ilə bağlı qiymətləndirmələr aparıb.

Publika.az xəbər verir ki, İranın bölgədəki ABŞ bazalarına hücumlarının müdafiə xarakterli bir tədbir olduğunu regional həmkarlarına çatdırdığını qeyd edən Araqçı, "Onlar bizə hücum edərkən oturub bu hücumları izləyə bilməzdik," deyib.

Araqçı, İran lideri Ayətullah Əli Xamenei və Prezident Məsud Pezeşkiyanın sağ olub-olmaması barədə suala belə cavab verib:

"Bəli, bildiyim qədərilə sağdırlar. Məhkəmə sədri, Məclis sədri də daxil olmaqla, bütün yüksək rütbəli rəsmilər sağdır və hər kəs vəzifəsinin başındadır".

İranlı nazir bir və ya iki komandirin həyatını itirmiş ola biləcəyini, lakin bunun böyük bir problem olmadığını söyləyib.

Избранный
6
publika.az

1Источники