Bakı. Trend:
Qətər Dövləti İranın öz ərazisinə ballistik raket hücumlarınıqətiyyətlə pisləyərək, onları milli suverenliyin kobud şəkildəpozulması, ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə birbaşahücum, eləcə də regionun sabitliyini təhdid edən qəbuledilməzeskalasiya kimi qiymətləndirib.
Trend-inməlumatına görə, bu barədə Qətər Xarici İşlər Nazirliyinin Xsəhifəsində dərc olunmuş bəyanatda bildirilib.
Sənəddə vurğulanır ki, Qətər bu hücuma beynəlxalq hüquqa uyğunolaraq və təcavüzün xarakterinə mütənasib şəkildə – özsuverenliyini, təhlükəsizliyini və milli maraqlarını müdafiə etməkməqsədilə cavab vermək hüququnu özündə saxlayır.
Nazirlik qeyd edib ki, Qətər İran İslam Respublikası ilədialoqun əsas tərəfdarlarından biri olub və qalmaqdadır, fikirayrılıqlarının sülh yolu ilə həllinə və bölgədə eskalasiyanınqarşısının alınmasına ardıcıl çağırışlar edir.
Bəyanatda Qətər ərazisinə edilən hücumların mehriban qonşuluqprinsiplərinə zidd olduğu və heç bir bəhanə ilə qəbul ediləbilməyəcəyi vurğulanıb. Bildirilib ki, Doha daim regionalmünaqişələrdən uzaq durmağa çalışır və İranla beynəlxalqictimaiyyət arasında dialoqu təşviq edir.
Eyni zamanda qeyd olunub ki, atəşin yenidən başlaması xoşniyyətləri əks etdirmir və ikitərəfli münasibətlərin qurulduğuqarşılıqlı anlaşmanın təməllərini sarsıdır.
Bundan əlavə, Qətər İranın təcavüzü adlandırılan hadisənəticəsində Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya vəBəhreynin suverenliyinin pozulmasını pisləyərək, bu dövlətlərintəhlükəsizliyini və sabitliyini qorumaq istiqamətində atılanaddımlarda onlarla tam həmrəy olduğunu bir daha təsdiqləyib.
Sonda Xarici İşlər Nazirliyi regional təhlükəsizliyin qorunmasıvə daha geniş qarşıdurmanın qarşısının alınması üçün eskalasiyahərəkətlərinə dərhal son qoymağa, danışıqlara qayıtmağa, ağıl vəmüdrikliyə əsaslanan qərarlar qəbul etməyə çağırıb.